İngiltərə

Premyer Liqanın əfsanəsi Çempionşip klubuna rəhbərlik edəcək?

“Liverpul”, “Tottenhem” və İrlandiya yığmasının keçmiş hücumçusu Robbi Kinə Çempionşip klubunda iş təklif oluna bilər.

Aut.az xəbər verir ki, bu barədə “Talksport” məlumat yayıb.

2024/25 mövsümünün sonunda yüksək diviziona vəsiqə əldə edə bilməyən “Midlsbro” 44 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.

Qeyd edək ki, əfsanəvi futbolçunun hazırkı iş yeri qışdan rəhbərlik etdiyi “Ferentsvaroş”dur. Komanda Macarıstan çempionatının qalibi olub.

Kin əvvəllər “Makkabi Tel-Əviv” və ATK-nı çalışdırıb, “Lids”, İrlandiya  millisi və “Midlsbro”da məşqçi köməkçisi vəzifəsində çalışıb.

Aut.az