“Barselona” onu almaq üçün “dəlilik” etməyəcək
“Barselona” “Liverpul”un vingeri Luis Diası transfer etmək üçün “dəli olmaq” niyyətində deyil.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, iqtisadi vəziyyəti və 1:1 maliyyə qaydasına əməl olunması ilə bağlı problemləri nəzərə alaraq, Kataloniya klubu Diasın transferi üçün mersisaydlılara 60 milyon avrodan çox təklif etməyə hazır deyil.
“Barselona” başa düşür ki, əgər başqa komanda kolumbiyalı üçün müqayisə edilə bilən pul təklif etsə, o, çox güman ki, “Blauqrana”nı seçəcək. Xüsusilə, söhbət cinah oyunçusu ilə maraqlanan “Bavariya”dan gedir. Lakin Münhen klubu 75-80 milyon avro ödəməyə hazır olsa, “Barselona” bazarda başqa variantlara baxmalı olacaq.
Ötən mövsüm hücumçu bütün turnirlərdə 50 matçda meydana çıxıb, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.
Aut.az
