“Mançester Yunayted” Matteys de Liqtin transferini rəsmən açıqladı
“Mançester Yunayted” “Bavariya”dan 25 yaşlı mərkəz müdafiəçisi Matteys de Liqti transfer etdiyini bildirib.
Aut.az xəbər verir ki, niderlandlı futbolçu ilə əmək müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. Daha əvvəl jurnalist David Ornstein bildirmişdi ki, “qırmızı şeytanlar” de Liqti 45+5 milyon avroya alacaq.
Niderlandlı müdafiəçi 2022-ci ildən Almaniya nəhəngində çıxış edirdi. Bu müddət ərzində o, bütün yarışlarda 73 oyun keçirib (beş qol və iki məhsuldar ötürmə). Ötən mövsüm de Liqt bütün yarışlarda 30 matçda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib.
Aut.az
