“Yunayted” “Bavariya”da futbolçu qoymadı: Onu da aldı
“Mançester Yunayted ” “Bavariya”dan 26 yaşlı sağ cinah müdafiəçisi Nossair Mazraouini transfer edib.
Aut.az xəbər verir ki, Mərakeşli futbolçu ilə müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Mərakeşli futbolçu 2022-ci ildən Almaniya nəhəngində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 55 matçda iştirak edib, bu matçlarda bir qol vurub, 8 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.
Aut.az
