İngiltərə

Hakimlə mübahisəsi başına bəla oldu

“Tottenhem” və Argentina milli komandasının mərkəz müdafiəçisi Kristian Romero 17-ci turda “Liverpul” ilə oyunda aldığı qırmızı vərəqədən sonra İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən əlavə ittihamlar irəli sürüldüyü üçün daha uzun müddətli cəzaya məruz qala bilər.

Aut.az xəbər verir ki, “Sky Sports”un məlumatına görə, müdafiəçi matçın əlavə vaxtında ikinci sarı vərəqəsini alıb və bu, avtomatik olaraq onu bazar günü keçiriləcək Kristal Palas səfər matçını buraxması deməkdir.

Lakin argentinalı futbolçu, oyundan dərhal çıxmadığı və hakim Con Bruks ilə münasibətdə uyğunsuz davranış sərgilədiyi iddia olunduğu üçün daha uzun müddətli cəza ala bilər. FA-açıqlamada deyilir:

“Tottenhem”in futbolçusu Kristian Romeroua “Liverpul”la oyunda vaxtında meydandan gec çıxdığı, qırmızı vərəqədən sonra hakimlə qarşıdurmaya girdiyi və aqressiv davrandığı üçün ittihamı irəli sürülüb. Kristian Romero 2026-cı ilin 2 yanvarına qədər cavab vermək imkanına malikdi”..

Bu mövsüm müdafiəçi “mahmızlar”ın heyətində 19 oyunda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az