İngiltərə

Qvardiola şok qərarını açıqladı: Bu tarixdə karyerasında fasilə verəcək

Pep Qvardiola “Mançester Siti”dən ayrıldıqdan sonra karyerasına fasilə verməyə hazırlaşır.

Aut.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisinin hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na kimi hesablanıb.

“İnsanlar məni istədikləri kimi xatırlaya bilərlər. “Siti” ilə müqaviləm bitdikdən sonra fasilə verəcəyəm. Mən buna əminəm. Təqaüdə çıxıb-çıxmayacağımı bilmirəm, amma fasilə verəcəm. Mən necə xatırlanmaq istədiyimi isə bilmirəm”, – Qvardiola “ESPN Brasil”ə deyib.

Aut.az