İngiltərə

İbrahimov “Yunayted”də bir gündə iki oyuna çıxdı

İngiltərənin “Mançester Yunayted” akademiyasının hücumçusu Əmir İbrahimov bir gündə U18 və U21 komandalarında çıxış edib.

Aut.az xəbər verir ki, səhər Əmir “Mançester Yunayted”in U18 komandası ilə çempionatın 15-ci turunda “Lids Yunayted”lə matçda (4:0) əvəzetmədən meydana çıxıb. Axşam isə 15 yaşlı rusiyalı U21 komandasında iştirak edib, burada da sonradan meydana çıxıb, “Norviç Siti” ilə liqanın 12-ci turunda (4:2) meydanda doqquz dəqiqə keçirib.

Xatırladaq ki, Əmir İbrahimov bundan əvvəl U16 liqasında “Nyukasl Yunayted”lə matçda (4:1) poker etmişdi.

Aut.az