Premyer Liqa klubu onu qovdu
Skott Parker “Bernli” klubunun baş məşqçi vəzifəsindən azad edilib.
Aut.az xəbər verir ki, Bu barədə klubun rəsmi saytında məlumat verilib.
Premyer Liqada mövsümün bitməsinə dörd tur qalmış “Bernli” 20 xalla turnir cədvəlinin 19-cu, sondan əvvəlki pilləsində qərarlaşıb. Komanda daha əvvəl Çempionşipa düşməsi dəqiqləşmişdi.
45 yaşlı Parker 2024-cü ilin yayından etibarən “Bernli”yə rəhbərlik edirdi. O, bundan əvvəl “Brügge”, “Bornmut” və “Fulhem” klublarında da baş məşqçi kimi çalışıb.
