“Real”ın ulduzları bir nömrənin oyununu izlədilər – FOTO
“Real Madrid”in futbolçuları Franko Mastantuono, Cud Bellinqem və Tibo Kurtua Madriddə keçirilən “Masters” turnirinin dörddəbir final matçını izləyiblər.
Aut.az xəbər verir ki, dünyanın bir nömrəli tennisçisi, italiyalı Yannik Sinner ispaniyalı Rafael Hodarla (reytinqdə 42-ci yerdə) qarşılaşıb.
Qarşılaşma italyanın qələbəsi ilə başa çatıb. “Madrid Masters” turniri 22 apreldə başlayıb və 3 maya qədər davam edəcək. Hazırkı çempion norveçli tennisçi Kasper Ruuddur. O, ötən ilki turnirin finalında britaniyalı Ceyk Dreyperi 7-5, 3-6, 6-4 hesabları ilə məğlub etmişdi.

Aut.az
