İngiltərəİspaniya

“Çelsi” “Real”ın ulduzunu transfer edir: Fantastik təklif

“Çelsi” “Real”ın hücumçusu Vinisius Junioru transfer etmək istəyir. 

Aut.az xəbər verir ki, bu haqda “El Nacional” məlumat yayıb. 22 yaşlı braziliyalının keçidi üçün “zadəganlar” 150 milyon avro ödəməyə hazırdır.

İddia edilir ki, Vinisius İspaniya çempionatında irqçiliklə üzləşib, ona görə də bu məsələ ilə bağlı vəziyyətin ən yaxşı səviyyədə qurulduğu başqa liqaya getməyi düşünür.

Bu transfer baş tutsa, “Real” tarixində rekord satış olacaq. 2018-ci ildə Madrid təmsilçisi Kriştiano Ronaldonun “Yuventus”a gedişindən 120 milyon avro əldə edib.