İngiltərə

Dramatik serial çəkiləcək: “Yunayted”in tarixi haqda

“Mançester Yunayted” Şimali Amerikanın məşhur “Lionsgate” kino şirkəti ilə klubun tarixinə əsaslanan bədii dram serialının istehsalı üçün razılığa gəlib.

Aut.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb. Layihə hələ inkişaf mərhələsindədir, ona görə də detallar azdır. Bununla belə, mənbə iddia edir ki, serialın üslubu və konsepsiyası kraliça II Yelizavetanın həyatını və Britaniya monarxiyasının tarixini dramatikləşdirən məşhur “Netflix” şousu “The Crown”u xatırladacaq.

Bunun, klubun tarixinin müxtəlif dövrlərini əhatə edən geniş bir dram olacağı gözlənilir.

Aut.az