İngiltərə

2008-ci ilin “Yunayted”i, yoxsa indiki “Arsenal”? – Runi deyir ki…

“Mançester Yunayted”in keçmiş hücumçusu və kapitanı Ueyn Runi 2008ci ildəki komandasını hazırkı “Arsenal”la müqayisə edib.

Aut.az xəbər verir ki, Runi o vaxtkı komandanın indiki “Arsenal”ı  məğlub edəcəyinə əmindir.

Çempionlar Liqasının “İnter”lə matçından (3:1) əvvəl “Arsenal”ın keçmiş cinah oyunçusu Teo Uolkott Runiyə bu sualı verib.

“Biz onları əzərdik” deyə Runi cavab verib. Düşünürəm ki, bəli, belə olardı. Düzünü deməliyəm”, – Runi deyib.

Həmin mövsüm “Yunayted” onuncu Premyer Liqa çempionluğunu və üçüncü Çempionlar Liqasını qazanıb. Komandada Kriştiano Ronaldo, Runi, Rayan Giqqz, Rio Ferdinand, Edvin van der Sar, Nemanya Vidiç, Pol Skoulz, Karlos Teves və başqaları çıxış edib.

Aut.az