İngiltərə

“Mançester Siti” Premyer Liqadan düşəcək? – Bu cəza gözləyir

“Mançester Siti”nin cari mövsümdə İngiltərə Premyer Liqasını tərk etmə ehtimalı yaranıb.

Aut.az xəbər verir ki, “MatchDay Central”ın məlumatına görə, maliyyə qaydalarının pozulması səbəbindən “şəhərlilər”in hesabından 60 xal silinə bilər. Bu hal baş verərsə, Pep Qvardiolanın komandası turnir cədvəlinin son pilləsinə düşəcək və Çempionşipə yuvarlanacaq.

Bu məsələ ilə bağlı yekun qərarın mövsüm başa çatmadan verilməsi gözlənilir. Qeyd edək ki, Mançester Sitinin mümkün ciddi cəza alması ilə bağlı müzakirələr artıq bir neçə ildir davam edir.

Hazırda “Mançester Siti” Premyer Liqada 61 xalla ikinci pillədə qərarlaşıb və lider Arsenaldan 9 xal geri qalır.

Aut.az