İngiltərə

Onun rekordunu qırıblar: Vecinə də deyil

Sabiq ingilis hücumçusu Endi Koul “Mançester Siti”nin futbolçusu Erlinq Haalandın Premyer Liqada mövsüm ərzində vurulan qol sayına görə onu ötməsinə münasibət bildirib.

“Vecimə də deyil. Düz deyirəm. Heç bir şəkildə, heç bir formada, kiminsə rekordlar qırmasına görə incimirəm. Çünki rekordlar qırılmaq üçün mövcuddur. İnsanlar deyirlər ki, mən məyus olmalıyam. Niyə? Çünki kimsə məndən çox qol vurub?

Bu rekordu qırmaq üçüm kiməsə 20 il lazım oldu. Yatmazdan əvvəl “Aman Allahım, kimsə mənim rekordumu qırdı” deməliyəm?  Yox, əksinə, mən onun qarşısında şlyapamı çıxardıram. Bu uğuruna görə onu salamlayıram. O, bunu çoxlu şanslar yaradan komandada etdi. Nə vaxtsa bütün rekordlar yenilənir”, – Koul “Daily Mail”-ə müsahibəsində deyib.

Aut.az