“Barsa”nın futbolçusu ilə bağlı iyrənc zarafat edən şərhçi üzr istədi
“Atletiko”nun keçmiş məşqçisi və İspaniyanın “Movistar+” telekanalının şərhçisi German Burqos “ Barselona”nın 16 yaşlı oyunçusu Lamin Yamal haqqında verdiyi açıqlamaya görə üzr istəyib.
Aut.az xəbər verir ki, Burqos Yamalla bağlı iyrənc zarafat etmişdi. Canlı yayımda bildirmişdi ki, bu oğlanda futbolda nəsə alınmasa, o, dilənməyə başlaya bilər.
Onun belə qeyri-etik zarafatından sonra ÇL-in 1/4 finalında üz-üzə gələn PSDJ və “Barselona”nın bütün futbolçuları Burqosun çalışdığı telekanalı boykot edib.
Bundan sonra Dieqo Simeonenin sabiq köməkçisi üzr istəməyə məcbur olub: “Kaş ki, məndə bu adamda olan qabiliyyət olaydı. Bu, kimisə incitmək niyyəti olmayan bir şərh idi. Biz futboldan danışırıq, başqa heç nə yoxdur. Əgər o, bu sözlərdən inciyibsə, üzr istəyirəm və ictimaiyyətdən də üzr istəyirəm. Bu niyyət deyildi. Bəzən yumor bəlalara səbəb olur”.
Aut.az
