Peres əfsanəvi prezidenti qabaqladı, rekordçu oldu
“Real” tarixində 15-ci dəfə əvvəllər Avropa Kuboku, hazırda Çempionlar Liqası adlanan tunirin qalibi olub.
Aut.az xəbər verir ki, Madrid klubuna rəhbərlik edən Florentino Peres 7-ci dəfə bu kuboku qazanıb. Bu, futbol klublarının prezidentləri üçün tarixdə ən yaxşı nəticədir.
Peres komandanın 6 dəfə kuboku qazanan “Real”ın əfsanəvi rəhbəri Santyaqo Bernabeunu qabaqlayıb.
Qeyd edək ki, ən uğurlu futbol klublarının prezidentləri siyahısına Silvio Berluskoni də daxildir. Onun rəhbərliyi altında “Milan” 5 dəfə ÇL-də uğur qazanıb.
Aut.az
