İspaniya

Hakimlər komitəsinin prezidentlərinin çoxu “Real” sosiosları idi – “Barsa”dan ittiham

“Barsa” prezidentinin müşaviri bildirib ki, “Real Madrid” “Neqreyra işi”ndən danışmamalıdır.

Xatırladaq ki, “Barselona” və onun rəhbərliyi Hakimlər Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti,  İspaniya Kral Futbol Federasiyasında (RFEF) çalışmış Xose Mariya Enrikes Neqreyraya ödənişlərdə rüşvət almaqda ittiham olunurdu.

“İki il ərzində medianın əksəriyyəti yalnız “Neqreyra işi”ndən danışırdı. “Barsa” hər dəfə uğur qazananda eyni şey gündəmə gəldi: klub futbolu sayəsində deyil, hakimlərin köməyi sayəsində titullar qazanır”.

Amma bəzən ən çox şikayət edən əslində ən az şikayət etməli olandır. CTA prezidentlərinin əksəriyyəti Madrid sosiosu (klub üzvləri) olub”, – “Barselona” prezidenti Joan Laportanın müşaviri Enrik Masip “Radioestadio Noche”də bildirib.

Aut.az