“Yunayted”in futbolçusu Ronaldonun ten Haqla bağlı tənqidi sözlərini bəyənib
“Mançester Yunayted”in cinah oyunçusu Alexandro Qarnaço baş məşqçi Erik ten Haqı qəzəbləndirib.
Aut.az xəbər verir ki, argentinalı “qırmızı şeytanlar”ın keçmiş hücumçusu Kriştiano Ronaldonun sosial şəbəkələrdə paylaşılan sözlərini bəyənib.
Paylaşımda Ronaldonun “Mançester Yunayted” kimi komandanın məşqçisinin komandanın Çempionlar Liqası və ya Premyer Liqanı qazanmağa iddialı olduğunu deyə bilmədiyi fikirləri yer alıb.
“Talksport” xəbər verir ki, Qarnaço Ronaldonun sözlərini sitat gətirən insayder Fabritsio Romanonun yazısını bəyənib, lakin sonradan izi silib.
Qarnaço ötən mövsüm də oxşar vəziyyətlə üzləşib. Ten Haq bundan xəbər tutub, bundan sonra futbolçu məşqçidən üzr istəyib.
Aut.az
