Qvardiola onu “Siti”də qalmağa necə vadar edib?
“Mançester Siti” klubunun 31 yaşlı braziliyalı qapıçısı Ederson yayda Səudiyyə Ərəbistanı klublarından birindən layiqli təklif alıb.
Aut.az xəbər verir ki, bu barədə futbolçunun özü “TNTSportsBR”-a məlumat verib. Lakin o Qvardiolaya görə komandada qaldığını bildirib:
“Həqiqətən, masada bir təklifim var idi. Maliyyə şərtləri fövqəladə idi. Bundan sonra Peplə çoxlu söhbətlər etdim. Etiraf edirəm ki, Qvardiola ilə danışmaq məni qalmağa vadar etdi”.
Ederson “Siti”yə 2017-ci ildə “Benfika”dan keçib. O vaxtdan braziliyalı “mavi-ağların” daimi qapıçısı olub. Ümumilikdə, qapıçı İngiltərə Premyer Liqasında 257 oyun keçirib.
Aut.az
