Dünya futbolu

“Benfika”ya şok ittiham: Çempionatdan qovula bilər

Portuqaliyanın “Benfika” klubu korrupsiyada ittiham olunub.

Aut.az xəbər verir ki, “O Jogo”ya görə, Portuqaliya prokurorları sənədlərin saxtalaşdırılması, vergi fırıldaqçılığı və matçların manipulyasiyası ilə bağlı rəsmi ittihamlar irəli sürüb.

Cinayətlər 2016-2019-cu illərdə, Luis Filipe Vieyranın prezidentlik etdiyi dövrdə baş verib.

Hakimiyyət “Benfika”nın 6 aydan 36 aya qədər bütün futbol fəaliyyətlərindən uzaqlaşdırılmasını tələb edir.

“Benfika” artıq bütün ittihamları rədd dib və məhkəmədə müdafiə olunacağına dair bəyanat yayıb.

Aut.az