İspaniya

Ançelotti ilə oğlu arasında qarşıdurma: Ardaya görə

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Arda Gülərin klubdakı rolu ilə bağlı köməkçisi olan oğlu David Ançelotti ilə fikir ayrılığı yaşayır.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, David türk futbolçunun komandada daha ciddi rol oynamasını və daha tez-tez start heyətdə meydana çıxmasını istəyir. Öz növbəsində italiyalı məşqçi hesab edir ki, 19 yaşlı futbolçu İspaniya çempionatı və Çempionlar Liqasında çoxlu sayda oyuna hazır deyil. Ançelotti Gülərin hər zaman oyunun öhdəsindən gəlmədiyini düşünür və onu tədricən sıraya daxil etməyə üstünlük verir.

Bu mövsüm Gülər ​​bütün turnirlərdə 10 qarşılaşmada iştirak edib və effektli olmayıb. Futbolçunun klubla əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.

Aut.az