İspaniya

O da Karvaxalı ittiham etdi: Qorxaq kimi davrandı

“Barselona”nın keçmiş direktoru Toni Freyşa Daniel Karvaxalın “el klasiko”da qorxaq kimi davrandığını deyib.

Aut.az xəbər verir ki, Freyşa bu barədə İspaniya mətbuatına danışıb:

“Dani Karaxal qorxaq kimi davrandı. Ev stadionunda qalib gələndə və hamı səni alqışlayanda bunu etmək çox asandır. Uşağın yanına gedib bunu demək…”

Madrid klubu La Liqanın 10-cu turunda Kataloniya klubunu 2:1 hesabı ilə məğlub edib. Final fitindən sonra “Real Madrid”in müdafiəçisi Daniel Karvaxal çox danışdığı üçün kataloniyalı cinah oyunçusu Lamine Yamala “sus” işarəsi edib. Bu da toqquşmaya səbəb olub.

Aut.az