İspaniya

Ançelotti hansı saqqızdan və niyə çeynəyir? – FOTO

“Real”ın baş məşqçisi olmaq açıq-aydın böyük stressdir. Bununla belə, Karlo Ancelotti həmişə təlaşsız görünür. O, buna necə nail olur?

İstənilən məşqçi üçün stresslə mübarizə yollarını tapmaq vacibdir və Karlo üçün bu… nanəli saqqızdır. Saqqız həmişə onunladır – və bir dəfə Ançelotti onu hətta ön cərgədə oturan pərəstişkarlarından birinə təklif edib.

Ançelotti hansı saqqızdan və niyə çeynəyir? – FOTO

Məşqçilərin taktiki göstərişlər verərkən siqaret çəkə bildiyi günlər çoxdan arxada qalıb.

Ançelotti hansı saqqızdan və niyə çeynəyir? – FOTO

FİFA-nın 2003-cü ildə texniki sahələrdə siqaret çəkməyə qadağa tətbiq etməsi soyuqqanlılığı qorumaq üçün onları alternativ üsullar axtarmağa məcbur etdi və burada Karloya saqqız kömək etdi.

İtalyan etiraf etdi ki, təsirli olmaq üçün ona, adətən bir paçka saqqız lazım olur.

Aut.az