PSJ-nin sahibləri İspaniyanın bu klubunu alır
PSJ sahibləri İspaniyanın “Malaqa” klubunu ala bilər.
Aut.az xəbər verir ki, “L’Equipe” “Sky Sports”un məlumatını təsdiqləyərək xəbər verir ki, “Qatar Sports Investments” İspaniya klubunu almaq üçün danışıqların son mərhələsindədir. Müqavilə 100 milyon avro dəyərində qiymətləndirilir və bütün tərəflər onun bağlanacağına əmindirlər.
Hazırda otel operatoru “BlueBay” və Qətər Şeyxi Abdullah Əl-Taniyə məxsus olan klub ağır maliyyə vəziyyətinə görə məhkəmənin təyin etdiyi menecerin idarəçiliyi altındadır.
Aut.az
