Dünya futbolu

Bu gün elan edəcək ki…

İyunun 18-də Xorvatiya və İspaniya arasında Millətlər Liqasının finalı keçiriləcək.

Aut.az xəbər verir ki, bu oyunun nəticəsi xorvatların kapitanı Luka Modriç üçün həlledici olacaq.

Modriç Xorvatiya yığmasının heyətində 166-cı oyununu keçirməyə hazırlaşır, lakin 37 yaşı olmasına baxmayaraq, o,  millidə əsas fiqur olaraq qalır.

Xorvatiyanın “Jutarnji List” nəşrinin məlumatına görə, Modriç millidəki gələcəyini Millətlər Liqasının finalından sonra açıqlamaq niyyətindədir. Lukanın millidə oynamağa davam edəcəyi ehtimalı yüksəkdir.

Aut.az