Qərar verildi: Onlar qışda PSJ-ni tərk edəcəklər
PSJ qış transfer pəncərəsində iki futbolçu ilə ayrılmaq niyyətindədir.
Aut.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb. Bildirilir ki, müdafiəçi Leven Kurzava və hücumçu Uqo Ekitike klubu tərk edəcək. Hər iki futbolçu bu mövsüm hərəyə cəmi 8 dəqiqə meydanda olmaqla start heyətində yerini çoxdan itirib.
Qeyd edək ki, Kurzava 2015-ci ildən PSJ-də çıxış edir. Ümumilikdə müdafiəçi parislilərin heyətində 154 oyun keçirib, 14 qol vurub və 23 məhsuldar ötürmə verib. Ekitikeyə gəlincə, 2022-ci ilin yayından bəri hücumçu klubda keçirdiyi 33 matçda 4 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Aut.az
