İspaniya

“Barsa” transfer bazarını izləyir: Görün kimin yerinə futbolçu axtarırlar

“Barselona”nın idman direktoru Deko transfer bazarını izləyir.

Aut.az xəbər verir ki, Kataloniya klubu üçün 35 yaşlı Robert Levandovskini uzunmüddətli əvəzləyə biləcək bir hücumçu tapmağa çalışır.

Bu barədə “Relevo” məlumat yayıb.Mənbənin sözlərinə görə, Deko bu transferin təcili olduğuna inanmır və əvvəlcə bu vəzifəyə bütün mümkün namizədləri diqqətlə təhlil edərək bunu yalnız yayda həyata keçirməyə hazırlaşır.

Qeyd olunur ki, “Barselona” bir müddət əvvəl 18 yaşlı hücumçu Vitor Rokeni almasına baxmayaraq, yeni hücumçu tapmaq istiqamətində iş aparır.

Xatırladaq ki, bu mövsüm polşalı futbolçu bütün yarışlarda 22 matçda iştirak edib, 9 qol vurub, 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

Aut.az