İspaniya

Ançelotti onu niyə danlayıb?

Yanvarın 3-də La Liqanın 19-cu turunun oyunu keçirilib.

“Real” öz meydanında “Malyorka”nı 1:0 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, ukraynalı qapıçı Andrey Lunin qapısını toxunulmaz saxlasa da, ilk hissənin sonunda, 45+3-cü dəqiqədə hakimin qərarına emosional etiraz etdiyi üçün sarı vərəqə alıb.

“Defensa Central”ın məlumatına görə, “Los Blancos”un baş məşqçisi Karlo Ançelotti matçdan sonra paltardəyişmə otağında Lunini və braziliyalı Rodriqonu hakimə etiraz etdikləri üçün danlayıb.

Ançelotti deyib: “Biz sadəcə bu kartları ala bilmərik, onların danışıq üçün alınmasını bəyənmirəm”.

Aut.az