İspaniya

Müqaviləni uzatmaq istəyir: Mən razı, “Barsa” razıdırsa…

Frenki de Yonq “Barselona” ilə yeni müqavilə imzalamaq istədiyini açıqlayıb.

Aut.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 2026-cı ilin iyununda azad agent ola bilər.

Bildirilir ki, “blauqrana” bir mövsüm uzatmaq imkanı ilə De Yonqla 2028-ci ilə qədər müqavilə imzalamaq istəyir, lakin niderlandlı əvvəlcə agentini dəyişməlidir.

“Mən hələ müqaviləmi yeniləməmişəm, əks halda siz jurnalistlər artıq bundan xəbərdar olardınız.

Amma mən “Barsa”da xoşbəxtəm və bildiyim qədəri ilə “Barsa” da məndən razıdırlar, ona görə də sonda müqaviləmi yeniləyəcəm”, – De Yonq deyib.

Aut.az