Digər

Ralli avtomobili izdihama çırpıldı: Ölənlər var – VİDEO

Ekvadorun Ambato şəhərində keçirilən “Vuelta a la Republica” ralli yarışında faciə yaşanıb.

Aut.az xəbər verir ki, ralli sürücüsü finişə az qalmış avtomobilin idarəetməsini itirib və yol kənarında dayanan tamaşaçıların üzərinə sürüb.

Qəza nəticəsində 2 nəfər ölüb, 18 nəfər isə yaralanıb.

Hadisə anı mobil telefon kameraları ilə lentə alınıb.