İspaniya

Modriç “Real” ilə bağlı bu addımı atdı

“Real”ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç Madrid klubu ilə hazırkı müqaviləni daha bir mövsüm uzatmaq barədə razılığa gəlib.

Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

Modriç 2012-ci ilin yayından Madrid klubunda çıxış edir. Bu mövsüm 38 yaşlı xorvatiyalı bütün turnirlərdə 44 qarşılaşmada iştirak edib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.

Aut.az