Bu tarixə qədər qapandı
PSJ-nin futbolçusu Kilian Mbappenin “Real”a transferi bu yay baş tutmayacaq.
Aut.az xəbər verir ki, “kral klubu” fransalı futbolçu ilə ilkin müqaviləni 2024-cü ilin yanvar ayında imzalayacaq. Bu barədə “Marca” nəşri məlumat yayıb. Bildirilir kiki, 24 yaşlı forvardın başqa klublarla danışıq aparmaq hüququ olana qədər bu məsələ qapanıb.
Mbappenin Fransa təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. Qaydalara görə, sözləşmənin sonun 6 aydan az vaxt qaldığı təqdirdə futbolçu klubundan icazə almadan transfer danışıqlar apara bilər. “Real” bu məqamdan yararlanaraq qışda Mbappe ilə danışıqlar aparmağı hədəfləyir.
