Basketbol

18 illik fasilədən sonra avrokuboklarda çıxış edəcək

Azərbaycan Basketbol Liqasında 2022/2023 mövsümünün çempionu “Sabah” BK ölkəni 2023/2024 mövsümündə FIBA Avropa Kubokunda (FIBA EUROPA CUP) təmsil edəcək.

Aut.az xəbər verir ki, yarışın püşkatma mərasimi avqustun 8-i Almaniyanın Münhen şəhərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan sonuncu dəfə avrokuboklarda 2005/2006 mövsümündə “Qala” komandası ilə təmsil olunub.