Basketbol

Tarixə düşdü: Bir oyun oynamadan…

Serbiyalı basketbolçu Nikola Topiç “Oklahoma Siti Tander” klubunun ötən mövsüm qazandığı çempionluq üçün üzük mükafatını alıb.

Aut.az xəbər verir ki, mükafatı ona yeni mövsümün açılış oyunundan əvvəl — “Oklahoma” ilə “Hyuston Rockets” arasında (125:124, əlavə vaxtda) keçirilən görüşdən öncə liqa komissarı Adam Silver təqdim edib.

Beləliklə, Nikola Topiç NBA tarixində bir mövsümdə heç bir oyun keçirmədən liqa çempionu olmuş ilk basketbolçu kimi tarixə düşüb.

Xatırladaq ki, Topiç 2024-cü il NBA draftında “Oklahoma” tərəfindən 12-ci seçimlə seçilmişdi. Basketbolçu 2024/2025 mövsümünü çarpaz bağın qopması səbəbindən tamamilə buraxıb.