Xavi gürcü futbolçu ilə bağlı xəbərdarlıq etdi
“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/8 final mərhələsində “Napoli” ilə görüş öncəsi Xviç Kvaratsxeliya haqda danışıb.
Aut.az xəbər verir ki, bu barədə “Barca Times” Xavidən sitat gətirir.
“Kvaratsxeliya öz mövqeyində ən yaxşı oyunçulardan biridir. Onunla daha diqqətli olmalıyıq”, – Xavi deyib
Xatırladaq ki, oyun çərşənbə günü, fevralın 21-də Neapolda baş tutacaq.
Daha əvvəl “Barselona”nın Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliya ilə müqavilə imzalamaq niyyətində olduğu və bu transfer üçün 90-100 milyon avro xərcləməyə hazır olduğu bildirilirdi.
Aut.az
