Kilian Mbappe gələn il “Real Madrid”dən daha bir təklif alacaq.
Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
Madrid klubu fransız futbolçuya gələn ilin ilk yarısında sonuncu dəfə təklif göndərəcək. “Real” rəhbərliyi tələsmək fikrində deyil. Onlar FİFA-nın klubların digər komandaların oyunçuları ilə danışıqlar apara biləcəyi şərtləri təfərrüatlandıran transfer qaydaları əsasında addım atmaq istəyirlər. Mbappe yanvarın 1-dən sonra yeni klubu müqavilə imzalaya biləcək:
“Real öz işini gördü. Onlar şayiə oyununda iştirak etməyəcəklər. Mbappe hələ də “Real”a keçmək istəyirsə, bunu sübut etməli və tez bir zamanda müqavilə imzalamalı olacaq. Yalan bəyanatlar və ya lazımsız açıqlamalara yer olmayacaq.
Portalın məlumatına görə, “Real” Mbappeyə şişirdilmiş müqavilə təklif etmək niyyətində deyil. Lakin yenə də ehtiyatla danışıqların başlayacağı vaxt gözlənilir. Fransız təklifi qəbul etməsə, o zaman Madrid komandasının qapısı həmişəlik üzünə bağlanacaq.
“Real”ın digər transfer hərəkətləri Mbappenin transferindən asılı olacaq. Klub rəhbərliyi bu problemi mümkün qədər tez həll etməyə çalışır. Fransız futbolçunun gəlişi prioritet olsa da, Madrid klubu onu həmişəlik gözləməyəcək”.
Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi gələn ilin iyunun 30-da başa çatacaq.