İspaniya

İnyestaya görə dünyanın ən yaxşı hücumçusu kimdir? – Messi deyil

“Barselona”nın və İspaniya millisinin əfsanəvi yarımmüdafiəçisi Andres İnyesta futbol tarixinin ən yaxşı hücumçusu kimi hesab etdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, İnyesta məşhur braziliyalı Ronaldonu xüsusi qeyd edib.

“Mən Ronaldonu sevirəm. 1996-cı ildə mən “Barselona”da olarkən, o, kluba gəldi.

Mən sadəcə ona heyran olmuşdum. O, bütün dünyanı heyran etdi və sonralar çoxlu, çoxlu kuboklar qazandı. O, oynadığı hər komandada fərqlənirdi”, – İnyesta deyib.

Aut.az