İngiltərəİspaniya

İngiltərə nəhəngi 70 milyon ayırdı: Görün kimi istəyirlər

Londonun “Tottenhem” klubu “Atletiko Madrid”in yarımmüdafiəçisi Pablo Barriosu almaq üçün öz transfer rekordunu qırmağa hazırdır.

Aut.az xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.

22 yaşlı futbolçunun sərbəst qalma bəndində 120 milyon avro ödəniş nəzərdə tutulsa da, “Tottenhem” İspaniya klubu ilə 70 milyon avro endirimlə mümkün transferlə bağlı danışıqlara başlamaq istəyir.

Qeyd etmək lazımdır ki, “Tottenhem”in hazırkı transfer rekordu Xavi Simonsa məxsusdur – 65 milyon avro.

Barrios bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” onu 65 milyon avro dəyərində qiymətləndirir.

Aut.az