Virts gəldi, Salah macara belə sataşdı – FOTO
Florian Virts, nəhayət rəsmi olaraq “Liverpul”un futbolçusu oldu.
“Enfild”də Flonun start heyətində yer almaq üçün əsas rəqibi Dominik Soboşlai olacaq. Macar etiraf edib ki, rəqabətdən qorxmur, komandadakı yeri uğrunda mübarizə aparmağa hazırdır.
Aut.az xəbər verir ki, onun komanda yoldaşları Dominikə zarafatla sataşıblar. Salah Virtsin transferi elan edilən “Liverpul”un paylaşımında Dominiki işarələyərək “Nömrə 8? 🤣” yazıb.
Təbii ki, bu, dostluq zarafatından başqa bir şey deyil və Florian heç vaxt 8 nömrə altında oynamayıb.
“Bayer”də o, 10 nömrə ilə oynayırdı, “Liverpul”da bu nömrə Aleksis Makallisterə məxsusdur.
Flonun transferi ilə bağlı rəsmi açıqlama verilməzdən əvvəl mətbuat almaniyalının 10 rəqəmini tələb etdiyini yazmışdı. Virts yayılan söz-söhbətlərə cavab verməli olub: “Kim dedi ki, 10-u istəyirəm? Futbolçulara hörmət edirəm. Onların hər yazdıqlarına inanmayın🤡”.
Florian Almaniya yığmasında 17 nömrəli forma geyinir, lakin o da nu da Kertis Consa məxsusdur. “Bayer”də Floya 10 nömrə verilməzdən əvvəl o, 27 nömrəni geyinirdi və milli komandada daha əvvəl 24 nömrəli formada oynayıb. Bu nömrələrin hamısı hazırda boşdur.
Aut.az

