İngiltərə

Salah Anrini ötdü: İndi növbə kimindir?

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə çempionatının 23-cü turunda “İpsviç”lə ev oyununda (4:1) fərqlənməklə uğura imza atıb.

Aut.az xəbər verir ki, 32 yaşlı misirli futbolçu matçın 35-ci dəqiqəsində qonaqların qapısına dəqiq zərbə vuraraq Premyer Liqada 176-cı qolunu vurub.

Beləliklə, Salah “Arsenal”ın əfsanəvi hücumçusu Tyerri Anrini (175 qol) geridə qoyaraq, turnir tarixinin ən yaxşı bombardirləri siyahısında 7-ci pilləyə yüksəlib. Məhəmməd 6-cı pillədəki Frenk Lemparddan 1 top geri qalır.

Lider Alan Şirerin aktivində 260 qol var.

Aut.az