TürkiyəDünya futbolu

“Qalatasaray” PSJ-nin qapıçısını istəyir?

PSJ-nin qapıçısı Matvey Safonov karyerasını başqa bir çempionatda davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Ertem Şener məlumat yayıb.

Mənbənin sözlərinə görə, rusiyalı qapıçı ilə “Bornmut” və “Qalatasaray” maraqlanır. Lakin bu klubların Safonovu icarəyə götürmək istədiyi, yoxsa transfer etməyi planlaşdırdığı hələlik dəqiqləşməyib.

Aut.az