Neymardan Messi mesajı: Nəyə işarə edib?
“Barselona”nın və PSJ-nin keçmiş hücumçusu Neymar yenidən keçmiş komanda yoldaşı Lionel Messi ilə eyni komandada oynamaq arzusunda olduğunu bildirib.
Neymar hazırda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun, Messi isə “İnter Mayami”nin oyunçusudur.
“Ümid edirəm ki,[Messi ilə yenidən bir yerdə oynamaq şansım olacaq. O, gözəl insandır, hamı onu tanıyır. Düşünürəm ki, o Mayamidə xoşbəxtdir və o xoşbəxtdirsə, mən də xoşbəxtəm”, – Neymar “ESPN Argentina”ya deyib.
Aut.az
