Prezidentlər toplaşdılar və qərar verdilər: Birləşəcəklər
“Barselona”nın son beş prezidenti – Xuan Laporta, Xosep Mariya Bartomeu, Sandro Rosell, Enrik Reyna və Xuan Qaspar çərşənbə axşamı axşam birlikdə nahar ediblər.
Aut.az xəbər verir ki, şam yeməyi zamanı funksionerlər klubdakı mövcud vəziyyəti təhlil edərək bəzi məsələlərdə razılığa gəliblər. Onların əsas məqsədi “Barsa”nın maraqlarını dəstəkləmək, xüsusən də son vaxtlar edilən davamlı hücumlarla bağlı məsələlərdə birləşmək barədə anlaşıblar.
Qeyri-rəsmi görüş Kataloniya təmsilçisinin fəaliyyətini pozmağa çalışan güclərə qarşı vahid mövqenin möhkəmləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə keçirilib.
Görüşün Laportaya Qaspar tərəfindən təklif edildiyi bildirilir.
