“Real” Alonso ilə bağlı qərarını verdi
“Real” “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonsoya “Los Blankos”un yeni baş məşqçisi olmaq üçün təklif göndərməyib.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Kral Klubu” hazırkı məşqçi Karlo Ançelottiyə güvənir və onun rəhbərliyi altında “Real”ın yenidən Çempionlar Liqasını qazanmasını istəyir.
Tezliklə Alonso ilə “Bayer” rəhbərliyi arasında ispan mütəxəssisin Leverkuzen klubundakı gələcəyi olacaq görüşün baş tutacağı gözlənilir. Bu toplantı mart ayında təşkil olunması ehtimalı var.
Bundan əvvəl mətbuatda Alonsonun cari mövsümün sonunda “Real”ın baş məşqçisi postunda Ançelottini əvəz edə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Aut.az
