“Barsa”nın prioritet hədəfi: Onunla da müqaviləni uzatmaq istəyir
Fermin Lopesin müqaviləsinin uzadılmasından sonra “Barselona”nın idman direktoru Dekonun növbəti strateji prioriteti hücumçu Ferran Torresin müqaviləsinin uzadılmasıdır.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” saytı məlumat yayıb.
Hücumçunun müqaviləsi 2027-ci ilin yayında başa çatır.
Mənbənin məlumatına görə, 25 yaşlı futbolçu ilə bir neçə klub maraqlanır. Bununla belə, Torres və “Barselona” tərəfdaşlığı davam etdirmək barədə nikbindirlər ki, bu da onlara yeni müqavilə üçün qarşıdakı danışıqlarda kömək edə bilər.
Torres 2022-ci ilin yanvar ayından bəri “Blaugrana”da oynayır. Bu mövsüm hücumçu bütün turnirlərdə 30 oyunda meydana çıxıb, 16 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 50 milyon avrodur.
Aut.az
