Dünya futbolunun məbədi – Peres yenilənmiş “Bernabeu” haqqında
“Real Madrid”in prezidenti Florentino Peres media nümayəndələri ilə Milad naharında bildirib ki, klub “Santyaqo Bernabeu” stadionunun yenidən qurulması işlərini demək olar ki, başa çatdırıb.
“Biz “Bernabeu”da işləri başa çatdırmaq üzrəyik. “Real” azarkeşinin arzusu reallığa çevrildi və biz fəxr edirik ki, dünya futbolunun ən əfsanəvi məbədlərindən biri olan evimiz ən böyük memarlıq simvollarından birinə – Madrid və İspaniyanın nailiyyətinə çevrildi. Yenilənmiş “Bernabeu” şəhərimiz və ölkəmiz üçün prestijdir və “Real”ın gələcəyi üçün çox vacib bir mərhələ olacaq”, – “Real”ın rəsmi saytı Peresdən sitat gətirib.
Aut.az
