Çempionlar LiqasıDünya futboluİspaniya

Enrike “Barselona” haqda danışdı: Mənim üçün əsl kabus olardı

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona”nın “İnter”ə iki oyunun nəticəsinə görə (ümumi hesabla 6:7) məğlub olaraq turnirdən kənar qalmasına münasibət bildirib.

Aut.az xəbər verir ki, o, doğma komandası haqda bu sözləri deyib:

“Elə bilirsiniz, “Barselona” yarımfinalda altı qol vurub, amma yenə də mübarizəni dayandırıb? İnsanların əksəriyyəti buna inanmaz. Onlar finala çıxmağa layiq idilər. Bu nəticə, heç şübhəsiz, qəribə idi. Açığı desəm, Çempionlar Liqasının finalında ‘Barselona’ ilə qarşılaşmaq mənim üçün əsl kabus olardı”.

Qeyd edək ki, Luis Enrike vaxtilə “Barselona” klubunda həm futbolçu, həm də baş məşqçi kimi çıxış edib. PSJ isə Çempionlar Liqasının finalına yüksəlib və orada “İnter”lə qarşılaşacaq.