Hokkey

Məşhur qrup Oveçkindən hədiyyə aldı – FOTO

Amerikanın “Trivium” metal qrupu “Vaşinqton”un kapitanı Aleksandr Oveçkindən hədiyyə alıb.

Aut.az xəbər verir ki, rusiyalı xokkeyçi avtoqrafı olan formanı qrupa hədiyyə edib.

Qrup formanı ABŞ paytaxtında verəcəyi konsertdən əvvəl alıb. 39 yaşlı Aleksandr Oveçkin NHL-in cari pley-off mərhələsində altı oyun keçirib, dörd qol vurub və bir məhsuldar ötürmə edib. 2024/2025 müntəzəm mövsümündə Oveçkin 65 oyunda 73 (44+29) xal qazanıb.

Məşhur qrup Oveçkindən hədiyyə aldı – FOTO

Aut.az