Hokkey

30 sm-lik sendviç və 6 banka pivə olmasa təyyarəyə minmir

“Vaşinqton”ın sabiq xokkeyçisi, hazırda “Minnesota”da çıxış edən Nikolas Obe-Kubel “Kapitals”ın hücumçusu Aleksandr Oveçkinin pəhrizindən danışıb.

Aut.az xəbər verir ki, Obe-Kubel bu barədə podkastda danışıb:

“Oveçkin 12 düymlük sendviçsiz təyyarəyə minmir (görünür, təxminən 30 sm uzunluğunda “Subway” sendviçini nəzərdə tutur – red.) Onda “Subway”da işləyən bir oğlanın nömrəsi var. Arenadan çıxanda ona mesaj yazır. Düzdür, özü ora getmək istəmir, çünki onu orada hamı tanıyacaq.

Və o, təyyarəyə oturarkən, 6 butulka çex pivəsi qarşısında olmalıdır. O, təqaüdə çıxandan sonra piylənmə onu nə qədər tez tutacaq? Məncə, bu, artıq başlayıb”.

Aut.az