“Vaşinqton”un xokkeyçilərinin sevimli qadın idmançıları: Görün Oveçkin kimi seçdi – VİDEO
Növbəti məşqdən əvvəl “Vaşinqton Kapitals”ın futbolçuları klubun mətbuat xidmətinin qısa sualı ilə üzləşiblər.
Aut.az xəbər verir ki, arenaya daxil olarkən onlardan bütün zamanların sevimli qadın idmançılarının adını çəkmələri istənilib.
Hücumçu Tom Vilson həyat yoldaşı, voleybolçu Teylor Pişke, qapıçı Loqan Tompson isə basketbolçu Kelsi Plumun adını verib. Tennisçilər Mariya Şarapova və Serena Uilyamsın, həmçinin Ariana Sabalenka, Daniela Hantuçova və Simona Halepin də adları bir neçə dəfə çəkilib.
Gimnast Simone Biles, futbolçu Marta və başqalarının da adı çəkilib. Komandanın baş məşqçisi Spenser Karberi tennisçi Monika Selesin adını çəkib.
“Vaşinqton”un kapitanı Aleksandr Oveçkin anasını seçib. Tatyana Oveçkina SSRİ yığmasının tərkibində ikiqat Olimpiya çempionu, dünya çempionu və altıqat Avropa çempionudur.
Aut.az
